Bakıda «Vasmoy bazarı» kimi tanınan ticarət mərkəzi ləğv olunub.
My-News.Az xəbər verir ki, «8-ci km Ticarət Mərkəzi» MMC ləğv olunur.
Qeyd edək ki, ötən il şirkət yenidən təşkil olunmuş, ASC-dən MMC-yə çevrilmişdi.
«8-ci km Ticarət Mərkəzi» MMC 2000-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1 031,082 min manat, hüquqi təmsilçisi Məmmədov Rüfat Qubad oğludur.