İndoneziya Respublikasının Prezidenti Coko Vidodo Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

My-News.az Day.az-a istinadən bildirir ki, məktubda deyilir:

«Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Gününün 106-cı ildönümü münasibətilə Zati-alinizə böyük məmnuniyyətlə İndoneziya Respublikasının hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Bu xüsusda icazə verin İndoneziya ilə Azərbaycan arasındakı dostluq münasibətlərinə görə Sizə səmimi təşəkkürümü bildirim. Əldə edilən nailiyyətlər dövlətinizin uğurlu siyasətinin təsdiqidir. İnanıram ki, xalqlarımızın qarşılıqlı olaraq bir-birinə təklif edəcəyi çox məsələlər var və əməkdaşlığımızın ölkələrimiz üçün əhəmiyyətli faydalar hasil edəcəyinə əminəm.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə bir daha dərin ehtiramımı ifadə edirəm».

xxx

11:44

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

My-News.az Day.az-a istinadən bildirir ki, məktubda deyilir:

«Möhtərəm İlham Heydər oğlu.

İcazə verin Sizə öz ehtiramımı bildirim və Zati-alinizi Müstəqillik Günü münasibətilə təbrik edim.

Bu əlamətdar gündə Sizə və Azərbaycan Respublikasının bütün vətəndaşlarına möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və doğma ölkənizin inkişafı naminə səmərəli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında uzun illər ərzində davamlı strateji tərəfdaşlıq xarakteri almış çoxplanlı qarşılıqlı fəaliyyətin inkişafına göstərdiyiniz hərtərəfli dəstəyə və şəxsi töhfənizə görə Sizə təşəkkürümü bildirirəm. Əminəm ki, gələcəkdə də birgə səylərlə qarşılıqlı hörmətə və etibarlı əməkdaşlığa əsaslanan ənənələri fəal şəkildə möhkəmləndirəcəyik».

xxx

25.05.2024

12:04

Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.

My-News.az Day.az-a istinadən bildirir ki, təbrikdə deyilir:

«Hörmətli İlham Heydər oğlu.

Sizi və qardaş Azərbaycan xalqını milli bayramınız — Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Hazırda Azərbaycan malik olduğu böyük potensialdan bəhrələnərək müxtəlif istiqamətlər üzrə sürətlə inkişaf edir. Ölkənin bütün dünyada getdikcə artan nüfuzu bunun sübutudur.

Türkmənistanda Azərbaycan Respublikası ilə çoxtərəfli əlaqələrin möhkəmləndirilməsinə böyük əhəmiyyət veririk. Əminəm ki, xalqlarımızın dostluğu və qardaşlığı gələcəkdə də Türkmənistan-Azərbaycan məhsuldar münasibətlərinin təkmilləşdirilməsinə kömək edəcəkdir.

Bu fürsətdən istifadə edərək Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti vəzifənizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram».

xxx

12:00

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.

My-News.az Day.az-a istinadən bildirir ki, təbrikdə deyilir:

«Hörmətli cənab Prezident.

Sizi və bütün Azərbaycan xalqını milli bayramınız — Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.

Biz 30 ildən artıqdır ki, Azərbaycanın dünya səviyyəli layihələrini təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirməklə ölkənin enerji sektorunun bir hissəsi olmaqdan böyük qürur duyuruq.

BP şirkəti Azərbaycanla səmərəli əməkdaşlığın davamlı olaraq genişləndirilməsinə böyük əhəmiyyət verir və bu tərəfdaşlığın daha da möhkəmlənməsinə ümid edir.

Zati-aliləri, Sizi bu əlamətdar bayram münasibətilə bir daha təbrik edirəm. Sizə cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə daimi rifah və inkişaf arzulayıram».

xxx

11:58

Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri Bakıtcan Saqintayev Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.

My-News.az Day.az-a istinadən bildirir ki, təbrikdə deyilir:

«Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Respublikanın müstəqillik illərində dövlət quruculuğu, davamlı sosial-iqtisadi inkişaf və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində nailiyyətlərini, həmçinin onun yüksək beynəlxalq nüfuzunu bu gün qeyd etmək xüsusilə xoşdur.

İcazə verin, Sizə möhkəm cansağlığı və əmin-amanlıq, Azərbaycan Respublikasına isə tərəqqi arzulayım».

xxx

11:56

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyev Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.

My-News.az Day.az-a istinadən bildirir ki, təbrikdə deyilir:

«Möhtərəm cənab Prezident.

Sizi 28 May — Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.

Artıq bir neçə ildir ki, Azərbaycan xalqı Müstəqillik Gününü qalib xalq kimi qeyd edir. Sizin rəhbərliyinizlə ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa edildi, doğma yurdlarından didərgin düşmüş ailələr bu gün Qarabağa — Şuşaya, Laçına, Füzuliyə və digər şəhərlərə qayıdırlar.

Sizin rəhbərliyinizlə hazırda ölkəmizdə böyük bərpa işləri həyata keçirilir, Qarabağa onun əvəzsiz gözəlliyi və mənəvi həyatı qaytarılır.

Azərbaycan beynəlxalq aləmdə özünə layiq yer tutur və COP29 kimi nüfuzlu konfransın 2024-cü ildə Bakıda keçirilməsi barədə qərar bunu təsdiq edir.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, işlərinizdə böyük uğurlar arzulayıram».

xxx

11:52

İraqın Ali İslam Şurasının prezidenti Humam Hammudi Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.

My-News.az Day.az-a istinadən bildirir ki, təbrikdə deyilir:

«Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Hörmətli cənab Prezident.

Milli bayramınız — Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimizi çatdırmaqdan məmnunluq duyur, Azərbaycan Respublikasına və xalqınıza davamlı tərəqqi, yüksəliş və rifah arzu edirik.

Bu xoş fürsətdən istifadə edərək ölkələrimiz və xalqlarımız arasında ikitərəfli əlaqələrin sülh, təhlükəsizlik, sabitlik və firavanlıq zəminində gücləndirilməsi əzmində olduğumuzu bildiririk».

xxx

11:48

Koreya Prezidenti Yun Sok Yol Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.

My-News.az Day.az-a istinadən bildirir ki, təbrikdə deyilir:

«Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi çatdırıram.

Ötən illər ərzində ölkələrimiz arasında güclü əməkdaşlıq və tərəfdaşlıq münasibətləri qurulmuşdur. Bu münasibətlərin inkişaf edərək xalqlarımız arasında dostluq əlaqələrini daha da gücləndirəcəyinə ümidvaram.

Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan Respublikasına daimi rifah arzu edirəm».

xxx

11:48

Xorvatiya Prezidenti Zoran Milanoviç Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

My-News.az Day.az-a istinadən bildirir ki, təbrikdə deyilir:

«Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı — Müstəqillik Günü münasibətilə Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi, xalqınıza tərəqqi və firavanlıq arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Xorvatiya ilə Azərbaycanı çoxillik sıx əməkdaşlıq və dostluq əlaqələri bağlayır. İnanıram ki, biz qarşıdakı dövrdə ümumi əlaqələrimizi inkişaf etdirmək istiqamətində çalışmağa davam edəcəyik.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm».

xxx

11:42

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Prezident İlham Əliyevi təbrik edib.

My-News.az Day.az-a istinadən bildirir ki, təbrikdə deyilir:

«Hörmətli Prezident.

Azərbaycanın Müstəqillik Gününün ildönümünün qeyd olunması münasibətilə Zati-alinizə və dost Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyur, ölkənizə tərəqqi və firavanlıq arzulayıram.

Ölkələrimizi möhkəm dostluq və əməkdaşlıq əlaqələri birləşdirir. Ümidvaram ki, dost ölkələrimiz arasında dinamik inkişaf edən münasibətlər xalqlarımızın ümumi maraqları naminə birgə fəaliyyətimiz və səmərəli əlaqələrimiz sayəsində bundan sonra da ardıcıl şəkildə möhkəmlənməyə davam edəcəkdir.

Hörmətli cənab Prezident, Sizə olan ən yüksək ehtiramımla yanaşı, səmimi salamlarımı, möhkəm cansağlığı, xoşbəxtlik və dost Azərbaycan xalqının davamlı rifahı, tərəqqisi ilə bağlı ən xoş arzularımı da qəbul etməyinizi xahiş edirəm».

xxx

11:02

Portuqaliya Respublikasının Prezidenti Marselo Rebelo de Souza Prezident İlham Əliyevi 28 May Müstəqillik günü münasibətilə təbrik edib.

My-News.az Day.az-a istinadən bildirir ki, təbrikdə deyilir:

«Möhtərəm cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı — Müstəqillik Günü münasibətilə Zati-alinizə təbriklərimi çatdırıram.

Sizə cansağlığı, Azərbaycan xalqına isə tərəqqi və rifah arzulayıram».

xxx

11:00

Çex Respublikasının Prezidenti Petr Pavel Prezident İlham Əliyevi təbrik edib.

My-News.az Day.az-a istinadən bildirir ki, təbrikdə deyilir:

«Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və ölkənizin xalqına ən səmimi təbriklərimi çatdırıram.

Çex Respublikası Azərbaycan Respublikası ilə qarşılıqlı əlaqələrin səviyyəsini yüksək qiymətləndirir. Əminəm ki, ölkələrimiz arasında mövcud əməkdaşlıq bundan sonra da uğurla inkişaf edəcəkdir.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və uğurlar arzulayıram».

xxx

10:58

Niderlandın Kralı Villem-Aleksandr Prezident İlham Əliyevi 28 May Müstəqillik günü münasibətilə təbrik edib.

My-News.az Day.az-a istinadən bildirir ki, təbrikdə deyilir:

«Möhtərəm cənab Prezident.

Ölkənizin milli bayramı — Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi bildirir və Azərbaycan xalqına firavanlıq arzu edirəm».

xxx

10:56

Belçikalıların Kralı Filip Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

My-News.az Day.az-a istinadən bildirir ki, mətkubda deyilir:

«Zati-aliləri.

Azərbaycan Respublikasının milli bayramı — Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına təbriklərimi, cansağlığı, əmin-amanlıq arzularımı çatdırıram».

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *