“Yeni mövsüm üçün müəyyən transferlərin olması gözlənilir”.

Bunu İdman.bizə “Kəpəz”in baş məşqçisi Adil Şükürov deyib.

O, 2024/2025 mövsümü üçün komanda da gözlənilən dəyişikliklər barədə danışıb. Təcrübəli mütəxəssisin sözlərinə görə, oyunçu baxımından bütün mövqelər üzrə axtarışdadırlar: “Lakin AFFA-nın yardımına uyğun oyunçular tapmağımız hələlik bir az çətindir. Komandada 90 faiz futbolçuların müqaviləsi mövsümün sonu bitib. Təkcə Junior Martinsdən və əvəzedici komandadan əsas komandaya qoşulan futbolçulardan başqa hamısına yenidən müqavilə üçün müraciət etmişik. Lakin klubda hələlik qeyri-müəyyənlik olduğundan konkret cavablar ala bilməmişik. Bunun əsas səbəbi AFFA tərəfindən veriləcək minimum məbləğin tam bilinməməsidir”.

Şükürovun sözlərinə görə, klub stadionla bağlıda danışıqlarını davam etdirir: “Məlum iki stadion var — Tovuz və Qəbələ stadionu. Tovuz stadionunda isə dəyişikliklər başladığı üçün bəzi suallar ortaya çıxır…”.

Qeyd edək ki, “Kəpəz” 2023/2024 mövsümü üçün Azərbaycan Premyer Liqasını 35 xalla 9-cu pillədə bitirib.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *