«MyGroup» holdinqə daxil olan, elektronika məhsulları satan tanınmış «MyShops» şirkətinin 4 iyul saat 16:00-da Sumqayıtda yeni mağazasının açılışı olacaq. «My-News.az» xəbər verir ki, mağazanın açılışında Sumqayıt sakinlərini 70% endirim, hədiyyələr, furşet, uşaqlar üçün əyləncəli animasiyalar gözləyir.


«MyShops» şirkəti «Apple», «Xiaomi», «Tecno», «Vertu» və «Xor» kimi ən yaxşı brendlərin rəsmi təmsilçisidir.
Sumqayıtdakı yeni «MyShops» mağazası müştərilərə müxtəlif elektron məhsullarını təklif edərək fərqli alış-veriş təcrübəsi yaşadacaq. Mağaza ən son smartfonlardan və laptoplardan, ən müasir ağıllı ev cihazlarına qədər olan məhsulları müştərilər üçün inanılmaz qiymətlərlə təqdim edir.


«MyShops» hər bir müştərinin ehtiyaclarına cavab verir və Sumqayıtda yeni mağaza açmaqla daha geniş əhaliyə xidmət göstərməyi hədəfləyir.


Həmçinin yeni «MyShops» mağazasında müştərilərə 18 ayadək kredit və ya taksit kartlarla ödəmək imkanları da təklif olunur. Bu alış-verişlərinizi rahat şəkildə həyata keçirmək üçün əlavə imkanlar yaradır.

Ünvan: Sumqayıt şəhəri, Üzeyir Hacıbəyov küçəsi 2 (Bravo Supermarket)

Əlavə məlumat üçün myshops.az saytına daxil olun və ya Instagram-da MyShops-u izləyin: @myshops_az
MyShops ilə əlaqə saxlamaq üçün — *8989

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *