Azərbaycanda elektron pullar dövriyyəyə buraxılacaq.

Buraxılacaq elektron pulların vətəndaşlarımız üçün hansı faydaları olacaq?

My-news.az Day.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, elektron pullar itirilmə, aşınma, saxlanma riskləri kimi problemləri aradan qaldırır.

«Bu baxımdan, ənənəvi valyutaya nisbətdə daha avantajlıdır. Ən əsas üstünlüyü daha çevik və mövcud rəqəmsal proqramlar üzərindən ödənişlərin həyata keçirilməsi kimi imkanlar yaratmasıdır. Artıq dünya ölkələri elektron pula keçir.

«Coin»lər də elektron pulun bir formatıdır. Artıq bir sıra mərkəzi banklar elektron pulların dövriyyəsinin genişləndirilməsi siyasətini aparır. Həmçinin, Mərkəzi Bank da bu təşəbbüsü gücləndirib. Məsələ daha çevik, az xərclə və təhlükəsiz vasitələr üzərindən ödəniş əməliyyatlarının keçirilməsinin təmin edilməsidir ki burada da üsullardan biri elektron üsuldur.

Bu, gələcəyin tələbidir və bu sahəyə tələb artacaq. Xüsusilə fintekslər bu istiqamətdə daha çox təşəbbüskar olacaq».

İqtisadçı ekspert Toğrul Novruzlu isə bildirib ki, elektron pullar məlumatın şifrələnməsi və digər təhlükəsizlik tədbirləri ilə mühafizə ediləcək:

«Bu, pulların qeyri-mümkün olaraq əhatələnməsinin qarşısını almaq üçün əhəmiyyətli bir məsələdir.

«Elektron pullar istifadəçilərə istədikləri an və hər hansı bir yerdə elektron cihazlar vasitəsilə istifadə etmək imkanı verir. Buna görə də əlçatanlıq və rahatlıq təmin edir. Bundan başqa, pulların istifadə tarixini, məbləğini, istifadə edənin məlumatlarını və s. saxlamaq və izləmək üçün asan və effektiv xidməti təmin edir. Maliyyə birləşmələri və ödəmələr proseslərin effektivliyini artırır. Banklar, ticarət və digər maliyyə təşkilatları üçün də bu, çox əhəmiyyətlidir».

Ekspert bildirib ki, bununla pulların necə istifadə olunduğu haqqında ətraflı məlumatlar toplamağa imkan olur.

«Bu məlumatlar maliyyə və iqtisadiyyat siyasətlərinə yönəlik qərarlar verilməsində yardımçı olur. Belə səbəblərdən dolayı Azərbaycanda dövriyyəyə buraxılacaq elektron pulların üstünlükləri olacaq», — deyə o qeyd edib.

Qeyd edək ki, dünyanın əksər ölkələrində elektron pullardan istifadə olunur və bu sektorun qlobal inkişafı da müşahidə olunur. 2023-cü ildə dünyada rəqəmsal ödəniş bazarının gəlirləri 111.2 milyard dollar olub.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *