İordaniyanın paytaxtı Ammanda keçirilən sərbəst güləş üzrə 17 yaşadək yeniyetmələr arasında dünya çempionatında mübarizəyə start verilib.

My-News.az xəbər verir ki, çempionatın beşinci günündə Azərbaycanın iki sərbəst güləşçisi bürünc medal qazanıb.

Hüseyn Hüseynov (55 kiloqram) startda türkmənistanlı Azatberdi Aşırquliyevdən güclü olub – 3:1. Həmyerlimiz daha sonra tunisli Mokbel Sahliyə heç bir şans verməyib – 11:1. Hüseyn yarımfinalda Puerto-Riko təmsilçisi Josef Baxmana 2:5 hesabıyla məğlub olub. Bürünc medal uğrunda yarışda Hüseynov ermənistanlı Qaqik Qazaryanı 2:1 hesabıyla üstələyərək dünya çempionatını 3-cü pillədə başa vurub.

Məhəmməd Qantəmirov (110 kiloqram) 1/8 finalda amerikalı Maykl Mokkoya uduzub – 6:16. Belaruslu Yaraslav Koxan təsəlliverici görüşə gəlmədiyi üçün Qantemirov birbaşa üçüncü yer uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Gürcüstanlı Qiqiya Lukunidze üzərində inamlı qələbə (7:0) qazanan Muxamad bürünc mükafatı boyundan asıb.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *