Bakıda futbolun inkişafına dair yeni strategiya ilə bağlı “Double Pass” və “McKinsey” şirkətlərinin nümayəndələri ilə mühüm görüşlər keçirilib. Görüşdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan İdman Akademiyası, I və II Liqa klublarının nümayəndələri, eləcə də AFFA-nın departamentləri iştirak edərək fikir mübadiləsi aparıblar. Məlumatların toplanması prosesi həyata keçirilib və müvafiq analizlər aparılıb.

“Double Pass” şirkəti eyni zamanda, “Sabah” klubunun akademiyasında («ASK Arena») bir neçə görüş keçirib və məşq prosesləri ilə tanış olub.

Qeyd edək ki, II Liqada mübarizə aparan komandalar arasında yalnız “Şəfa” futbol klubu görüşə dəvət olunub. Görüşdə klubun prezidenti Sərdar Salmanzadə və klubun texniki direktoru Elvin Ələsgərov iştirak edib.

Yeni strategiyanın məqsədi Azərbaycan futbolunun inkişafına töhfə verməkdir. Bu təşəbbüs futbol mühitində güclü oyunçuların yetişdirilməsi və ümumilikdə futbolun səviyyəsinin artırılmasına xidmət edir.

Biz də öz növbəmizdə «Şəfa» futbol klubu və «MyGroup Holding» olaraq Azərbaycan futbolunun inkişafına hər zaman öz töhfəmizi verməyə hazırıq!

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *