13-15 sentyabr tarixlərində baş tutacaq Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 ilə əlaqədar logistik əməliyyatların həyata keçirilməsi məqsədilə sentyabrın 7-i gecə saat 01:00-dan etibarən Puşkin küçəsinin Üzeyir Hacıbəyov küçəsi və Neftçilər prospekti ilə kəsişməsindən olan hissəsi nəqliyyatın hərəkəti üçün məhdudlaşıb.

My-news.az Day.Az-a istinadən bildirir ki, məhdudiyyət tədbirin sonunadək davam edəcək.
Xatırladaq ki, Nəqliyyatın İdarəetmə Planına əsasən Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər sentyabrın 9-u gecə saat 01:00-dən etibarən nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

Hərəkət 17 sentyabr, səhər saat 8:00-dan etibarən bərpa olunacaq.

Nəqliyyatın hərəkət məhdudiyyəti 3 zonada tətbiq ediləcək. Birinci zona yarış halqasının əhatə etdiyi İçərişəhər ərazisi, ikinci Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər küçələr, üçüncü zona isə BMT-nin 50 illiyi küçəsinini keçdiyi ərazidir. Yarışın keçirildiyi müddətdə qeyd olunan ərazilərə nəqliyyatın giriş-çıxışı üçün «Yaşayış Yerinə Giriş İcazəsi» veriləcək. Qeyd olunan sənədi paylanma məntəqələrinə yaxınlaşaraq, həftənin bazar ertəsindən, cümə gününə kimi, saat 10:00-dan 17:00-dək əldə etmək mümkündür. Bunun üçün vətəndaşlar zonalar üzrə aşağıdakı müvafiq idarələrə müraciət etməlidirlər:
— Zona 1 — İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
— Böyük Qala küçəsi 41, keçmiş ensiklopediya binası, 4-cü mərtəbə
Tel: (012) 497-35-89
— Zona 2 — Mənzil-Kommunal və İstismar İdarəsi № 4
— Xəqani küçəsi 26/32
Tel: (012) 498 88 06
— Zona 3 — Mənzil-Kommunal və İstismar İdarəsi № 58
— İstiqlaliyyət küçəsi 5
Tel: (012) 492 41 85

Qeyd edək ki, «Yaşayış Yerinə Giriş İcazəsi»nin paylanması 29 avqust tarixindən başlayıb 13 sentyabradək davam edəcək.
Hər il olduğu kimi, bu il də Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 müddətində piyadaların hərəkətinə heç bir məhdudiyyət qoyulmayacaq.
Nəqliyyatın hərəkəti ilə bağlı ətraflı məlumatı BŞH-nin rəsmi veb səhifəsindən əldə edə bilərsiniz.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *