Çin Futbol Assosiasiyası danışılmış oyunlar və qumar oyunları ilə bağlı iki illik araşdırmadan sonra 38 futbolçu və 5 klub rəsmisini ömürlük futboldan uzaqlaşdırıb.
İdman.biz xəbər verir ki, 41 futbol klubunun iştirak etdiyi 120 matç araşdırılıb.
Nəticədə Çin millisinin üç keçmiş oyunçusu Jin Jinqdao, Quo Tianyu və Qu Çao, eləcə də cənubi koreyalı oyunçu Song Jun Ho ömürlük cazalandırılıb.
Qeyd edək ki, avqustda Çin Milli Futbol Assosiasiyasının keçmiş vitse-prezidenti rüşvət aldığı üçün 11 il, yarışlar departamentinin keçmiş direktoru isə eyni cinayətə görə 7 il müddətinə azadlıqdan məhrum edilib.