Britaniyalı supermodel Naomi Kempbell «Instagram» səhifəsində Azərbaycana səfəri ilə bağlı paylaşım edib.
My-News.az xəbər verir ki, Kempbell paylaşımında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev, Prezidentin köməkçisi Anar Ələkbərov, gənclər və idman naziri Fərid Qayıbov, Formula 1-in prezidenti və icraçı direktoru Stefano Domenikali və Formula 1 məsləhətçisi Flavio Briatoreyə təşəkkür edib.
«Bakıdakı Formula 1 yarışında iştirak etmək mənim üçün gözəl bir təcrübə idi. Azərbaycan Qran-Prisi zamanı ağ-qara bayrağı dalğalandırmaq mənim üçün qürurverici bir an oldu», — o qeyd edib.
Bundan əlavə, Kempbell Heydər Əliyev Mərkəzinə etdiyi ilhamverici ziyarətini də vurğulayıb.
Mərkəz məşhur memar və yaxın dostu Zaha Hadid tərəfindən dizayn edilib.