Fransanın Kann şəhərində UEFA tərəfindən milli assosiasiyaların rəhbərlərinin iştirakı ilə TEP proqramı çərçivəsində toplantı keçirilib.
İdman.biz xəbər verir ki, tədbirdə AFFA prezidenti Rövşən Nəcəf və icraçı vitse-prezident Sərxan Hacıyev iştirak ediblər.
Tədbir çərçivəsində AFFA rəhbərliyi müxtəlif ölkələrin futbol federasiyalarının rəhbərləri ilə görüşlər keçirib. Görüşlərdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub, həmçinin hər iki ölkədə futbolun inkişafına dair tədbirlərin keçirilməsi ilə bağlı müzakirələr aparılıb.