Böyük Britaniyada Avropa Liqasının “Tottenhem” – “Qarabağ” oyununda Azərbaycan çempionundan ehtiyatlanırlar.

İdman.biz xəbər verir ki, ingilislər London klubunun favorit sayıldığı matçda xoşagəlməz sürprizlə üzləşə biləcəyindən çəkinirlər.

Bu üzdən Böyük Britaniya mətbuatı “Tottenhem”ə öz tövsiyələrini verib. London təmsilçisinə 4 futbolçuya xüsusi diqqət yetirməyi tapşırıb.

İngiltərə klubu üçün ən böyük kabus “Qarabağ”ın bombardiri Olavio Juninyo ola bilər. Futbolun yaradıcılarının çəkindiyi oyunçular siyahısında Leandro Andrade ikincidir. Qorxunc rəqiblər arasında “üçlüy”ü Yassin Benzia qapayır. Britaniyalılar meydana adətən sonradan daxil olan və dəfələrlə etimadı doğruldan Nəriman Axundzadənin də bacarığına bələddirlər.

Qeyd edək ki, “Tottenhem” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *