Oktyabrın 26-dan 27-nə keçən gecə saat 02:30-dan 05:30-dək COP29 tədbirinə hazırlıq məqsədilə paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın idarə edilməsi üzrə monitorinqlərin keçirilməsi üçün avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.
My-News.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
«Heydər Əliyev Beynəlxalq Aeroportuna gedəcək vətəndaşlardan 8 Noyabr prospekti və Zığ Şosesi, həmçinin Novxanı, Zuğulba, Mərdəkan yolundan istifadə etmələri xahiş olunur», — məlumatda qeyd olunub.