«Şəfa» futbol klubu 1998-ci ildə Azərbaycan Futbol Federasiyasının (AFFA) rəhbəri Fuad Musayevin təşəbbüsü ilə yaradılmışdır. Klubun ilk heyəti U-18 yaş qrupunun milli komandasında yer alan futbolçulardan ibarət olub. 1998-ci ildən etibarən Azərbaycan Premyer Liqasında mübarizə aparan «Şəfa» 2000/2001-ci illər mövsümündə Azərbaycan Kubokunu «Neftçi» futbol klubuna 2:1 qalib gələrək qazanmışdır. Qeyd edək ki, bundan başqa Avrokuboklarda pley-off mərhələsində iştirak etmişdir. Hal-hazırda keçirilən Azərbaycan Çempionatında «Şəfa» FK ardıcıl 9 oyundur məğlubiyyətsizlik seriyasını davam etdirir.

«MyGroup Holding»in tərkibində olan «Şəfa» futbol klubu ard-arda qazandığı qələbələrlə yenidən tarix yazmağa qayıdıb. Klub fəaliyyətini «MyGroup Holding»in vasitəsilə ilə bərpa edib. Son dövrlərdə «Şəfa» İkinci liqada ardıcıl 9 oyunda qalib gəlib. Klub sonuncu matçda «Hypers Guba» futbol klubuna 3:1 hesabı ilə qalib gələrək öz yerini daha da möhkəmləndirib, 25 xal ilə «Şimal» klubunu geridə qoyub.

«Şəfa» futbol klubu sürət və çeviklik rəmzi olaraq Hepardı öz simvoluna çevirib. Bu simvol klubun gələcəkdəki məqsədlərinə sürətli və çevik yanaşmasını və gücünü əks etdirir.

«Şəfa» klubunun əsas sponsoru olan «MyGroup Holding»in məqsədi klubun maddi və maliyyə bazasını möhkəmləndirərək beynəlxalq səviyyədə daha böyük uğurlar qazanmasına dəstək olmaqdır. «MyGroup Holding»in azarkeşlər üçün təşkil etdiyi xüsusi oyunlar, tədbirlər oyunlarımıza olan marağı günü-gündən artırır, azarkeşlərimiz stadiona gələrək oyunlarımızı izləyir. Azarkeşlərimizin hər birinin dəstəyini yüksək qiymətləndiririk və onları bu dəstəyi davam etdirməyə çağırırıq!

«Şəfa«nın məqsədi Azərbaycan futbolunun zirvəsinə çıxmaq və Azərbaycan Kubokunu qazanıb, Avrokuboklarda sahib olmaqdır. Klub yalnız azərbaycanlı futbolçulardan ibarət komanda quraraq beynəlxalq aləmdə də öz mövqeyini möhkəmləndirməyi planlaşdırır.

«Şəfa» futbol klubu gələcəkdə həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə müsbət nəticələr əldə edərək Azərbaycan futbolunun inkişafına böyük töhfələr verməyi hədəfləyir.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *