COP29 çərçivəsində Trend BİA «COP for Hope» adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə — siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

Budəfəki müsahibimiz Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədr müavini Cavanşir Bayramovdur.

My-News.az xəbər verir ki, o Trend-ə açıqlamasında bildirib ki, Azərbaycan Dövlət Turizm Agentliyi və Dövlət Turizm Bürosu bir ilə yaxın idi ki, COP29-a hazırlaşırdı.

«Bakıda 200-dən artıq otel ulduz təsnifatından keçirilərək beynəlxalq standartlara uyğun kateqoriyalara müəyyən edilib»,- deyə əlavə edib.

Onun sözlərinə görə, bununla yanaşı vahid rezervasiya platforması yaradılıb. Turistlər bu platforma ilə öz səyahətlərini rahatlıqla qura bilərlər.

«Əlavə olaraq mobil informasiya mərkəzlərini qeyd etmək olar. Bizim əvvəl də mövcud informasiya mərkəzlərimiz var idi. Bunlar Dənizkənarı Bulvarda, Nizami küçəsi və aeroportda yerləşirdi. COP29 tədbiri ilə əlaqədar olaraq mobil informasiya mərkəzlərinin sayını artırıb, əlavə 5 yerdə də yenisini açmışıq. Bunlar transport hublarında və otellərin yerləşdiyi məkanların yaxınlığındadır»,- deyə o vurğulayıb.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir — Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *