2024-cü ildə Azərbaycandan keçən nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 33 milyon 258 min ton, yük dövriyyəsi isə 13 milyard 198,3 milyon ton-km olub, 2023-cü illə müqayisədə müvafiq olaraq 1,4 % və 2,5 % artım müşahidə olunub.

Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.

Məlumata görə, ötən il Şərq-Qərb nəqliyyat dəhlizi ilə 16 milyon 982,4 min ton, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə 8 milyon 322,3 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə 9 milyon 896,5 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə 5 milyon 984,9 min ton, Cənub-Qərb nəqliyyat dəhlizi ilə isə 394,2 min ton yük daşınıb.

Yükdaşımanın 15 milyon 277,6 min tonu və yaxud 46 Z%-i dəmir yolu, 10 milyon 90,0 min tonu və yaxud 30,3 %-i avtomobil, 7 milyon 890,4 min tonu və yaxud 23,7 %-i dəniz nəqliyyatı ilə həyata keçirilib.

Nəqliyyat dəhlizləri vasitəsilə daşınmış yüklərin 56,6 %-ni və yaxud 18 milyon 840,1 min tonunu tranzit yüklər təşkil edib.

MyLogistics Şirkətini qlobal yükdaşıma üzrə tərəfdaşınız olaraq seçin və mükəmməlliyə olan sadiqliyimizin biznesiniz üçün necə fərq yaradacağını yaşayın.

Bizimlə əlaqə saxlamaq üçün 800-8989 nömrəsinə zəng edin.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *