ABŞ-da TikTok-un gələcəyi ilə bağlı qeyri-müəyyənlik davam edərkən, Meta sürətlə Instagram və digər platformalarını təkmilləşdirməyə başlayıb. Şirkət görünür ki, TikTok-un bloklanacağı təqdirdə istifadəçilərə güclü bir alternativ təqdim etməyi planlaşdırır. Meta uzun müddətdir imtina etdiyi bir ideyanı yenidən gündəmə gətirib və iPad üçün ayrıca Instagram tətbiqi üzərində işləməyə başlayıb.

Məlum olub ki, Meta Reels istifadəçiləri üçün maraqlı yenilik üzərində çalışır. TechCrunch-un verdiyi məlumata görə, Reels videolarına şifrə qoymaq funksiyası test mərhələsindədir.

Bu o deməkdir ki, kontent müəllifi paylaşdığı videonu şifrələyə biləcək və videoya yalnız şifrəni bilən, etibarlı şəxslər baxa biləcək. Bu funksiya müəllifə öz ən sadiq izləyiciləri ilə eksklüziv kontent paylaşmaq imkanı verəcək, çünki həmin izləyicilər təqdim olunan ipuçlarına əsasən şifrəni təxmin edə biləcəklər.

Meta artıq belə bir gizli Reels nümunəsini öz Design hesabında da paylaşaraq funksiyanı nümayiş etdirib. TechCrunc-un məlumatına görə, məsələ ilə bağlı Instagram-a göndərilən sorğuya hələlik rəsmi cavab verilməyib.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *