Telegram-ın Android üçün beta versiyasına qrup zəngləri funksiyası əlavə olunub. Bu xüsusiyyət istifadəçilərə eyni anda bir qrup daxilində 100 nəfərə qədər ünsiyyət qurmaq imkanı yaradır. Qrup zəngi başlatmaq üçün zənglər bölməsinə daxil olub əvvəlcə “Start New Call”, ardınca isə “Create Call Link” seçimlərini seçmək kifayətdir. Bundan sonra istifadəçiyə t.me/call formatında zəng linkini kopyalamaq təklif olunur və həmin link “Share” düyməsi vasitəsilə bir neçə iştirakçıya eyni anda göndərilə bilər.


Əgər məxfilik ayarları icazə verirsə, zəngdə iştirak edən istifadəçilər söhbətə yeni şəxslər əlavə edə biləcəklər. Bildirilir ki, bu zənglər tam end-to-end şifrələmə ilə qorunur. İştirakçılar mikrofonu və səsgücləndiricini ayrı-ayrılıqda aktivləşdirib söndürə, həmçinin kamera vasitəsilə görüntü paylaşa bilirlər. Xatırladaq ki, Pavel Durov bir müddət əvvəl Telegram-ın aylıq aktiv istifadəçi sayının 1 milyardı keçdiyini açıqlamışdı. Hazırda Telegram yalnız WhatsApp-dan geri qalır, Çinin WeChat messenceri isə bu müqayisəyə daxil edilmir.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *