Yaxın gələcəkdə Android cihazları hər üç gündən bir avtomatik olaraq yenidən işə düşəcək. Bu addım məlumat təhlükəsizliyini gücləndirmək məqsədilə atılıb və Google Play xidmətlərinin son yeniləməsində tətbiq olunur. Tədbir, uzun müddət kilidsiz qalan cihazlardakı məlumatların qorunmasına yönəlib.
Day.az-a istinadən qeyd edək ki, Google Play Services-in son yenilənməsinə əlavə olunan yeni funksiya, əgər smartfon üç gün ərzində açılmazsa, avtomatik aktivləşir. Yenidən başlatma cihazı “İstifadəçidən Əvvəl” (BFU) adlanan rejimə keçirir. Bu rejimdə istifadəçi PIN kodu və ya şifrə daxil edənədək, cihazdakı məlumatlar şifrələnmiş vəziyyətdə qalır və biometrik autentifikasiya deaktiv edilir.
Yenilənmə yalnız Android smartfonlarına deyil, planşetlərə də şamil olunur. Lakin avtomatik yenidən başlatma funksiyası avtomobil sistemləri, smart televizorlar və Wear OS əsaslı qurğulara tətbiq edilməyəcək.
Benzər bir xüsusiyyət Apple tərəfindən də artıq istifadəyə verilib. iOS 18.1 versiyasında «Hərəkətsizlik zamanı yenidən başlatma» funksiyası mövcuddur və iPhone cihazları dörd gün kilidsiz qaldıqdan sonra avtomatik olaraq yenidən işə düşür.
Google hələlik Google Play Services 25.14 yeniləməsinin yayılma vaxtı və bu funksiyanı dəstəkləyəcək Android cihazlarının dəqiq siyahısı barədə məlumat verməyib. Adətən bu tip yeniləmələr bir-iki həftə ərzində mərhələli şəkildə yayımlanır.