“MyGroup Holding”ə daxil olan «My Wrestling» klubunun idmançıları U-17 yeniyetmələr arasında keçirilən güləş yarışlarında uğurlu çıxışları ilə yadda qalıblar. Klubun sərbəst və yunan-Roma güləşi üzrə müxtəlif filiallarında hazırlıq keçən gənc güləşçilər fərqli çəki dərəcələrində medal qazanıblar.
Yarışlarda fərqlənən idmançılar və onların nəticələri aşağıdakı kimidir:
- Həsən Həsənov (60 kq, sərbəst güləş) – Qızıl medal. Gəncə filialının idmançısı, məşqçisi Rauf Xəlilov.
- Səid Paşayev (92 kq, sərbəst güləş) – Qızıl medal. Məşqçisi Ruslan Şəmilov.
- Nihad Abasov (71 kq, sərbəst güləş) – Gümüş medal. Finalda zədə səbəbilə iştirak edə bilməyib. Məşqçisi Ruslan Şəmilov
- Ramal Məmmədoğlu (60 kq, sərbəst güləş) – Bürünc medal. Gəncə filialının idmançısı, məşqçisi Rauf Xəlilov.
- Asim Məmmədzadə (51 kq, sərbəst güləş) – Bürünc medal. Məşqçisi Ruslan Şəmilov.
- Tunar Süleymanlı (110 kq, sərbəst güləş) – Bürünc medal. Məşqçisi Ruslan Şəmilov.
Klub rəhbərliyi uğur qazanan bütün idmançıları və onların əməyi olan məşqçiləri təbrik edib. «My Wrestling» klubu bu nailiyyətlərlə qürur duyduğunu bildirib və qarşıdakı yarışlarda daha böyük uğurlara imza atmağı hədəflədiyini vurğulayıb.



