Misli Premyer Liqasının XXXIII turunda baş tutacaq “Qarabağ” – “Sumqayıt” qarşılaşmasının keçiriləcəyi stadion dəyişdirilib.

My-news.az İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti yayıb.

Bildirilib ki, “Qarabağ” klubu PFL-ə müraciət edərək “Azersun Arena”da aparılan təmir və bərpa işlərinin yekunlaşmaq üzrə olduğunu və mövsümün son ev oyunlarını məhz bu arenada keçirmək istədiklərini qeyd edib.

Klubun müraciətini və Əsasnamənin tələblərini nəzərə alan PFL qərarı müsbət dəyərləndirib. Beləliklə, “Qarabağ” “Sumqayıt”la oyundan başlayaraq ev qarşılaşmalarını yenidən “Azersun Arena”da keçirəcək.

Qeyd edək ki, “Qarabağ” – “Sumqayıt” oyunu mayın 4-də baş tutacaq.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *