Meta şirkəti öz tətbiqlərində Apple Intelligence funksiyalarının istifadəsini məhdudlaşdırıb. My-news.az Gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə Braziliyanın «Sorcererhat Tech» portalı məlumat yayıb.

Məlumata görə, artıq Facebook, WhatsAppThreads-də Yazı vasitələri deaktiv edilib. Bu xüsusiyyət əvvəllər istifadəçilərə süni intellektlə mətn yaratmaq, redaktə və yenidən yazmaq imkanı verirdi.

Bundan əlavə, bu tətbiqlərdə Genmoji yaradılması və göndərilməsi də artıq mümkün deyil. Instagramda isə süni intellekt əsaslı Memojistiker funksiyası dayandırılıb.

Bununla belə, X (keçmiş Twitter) daxil olmaqla digər platformalarda Apple Intelligence funksiyaları problemsiz işləyir. Həm Apple, həm də Meta məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Qeyd edək ki, Apple Intelligence sistemi ilk dəfə WWDC 2024 konfransında təqdim olunub və iPhone 15 Pro, iPhone 16 seriyası, eləcə də M1 və daha yeni çiplərlə təchiz olunmuş iPad və Mac cihazlarında aktivdir. Sistem Rusiyada işləmir.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *