Sabah Doha şəhərində idman gimnastikası üzrə Dünya Kubokunun sonuncu mərhələsi başlayacaq.

My-news.az İdman.biz-ə istinadən xəbər verir ki, Nikita Simonov seriyanın ümumi hesabında lider olaraq halqalarla hərəkətlərdə çıxış edəcək.

Azərbaycan gimnastının hesabında 105 xal var. Bakıdakı turnirdə qazandığı 1-ci yer ona 30 xal, Kottbus, Osiek və Antalyada əldə etdiyi gümüş medallar isə hər birində 25 xal qazandırıb.

Bu nəticələrlə, Simonov ilin əvvəlindən keçirilən bütün reytinq turnirlərində fəxri kürsüyə yüksəlməyi bacarıb və ümumi seriyada qalib olmağa çox yaxınlaşır.

Dohada digər təmsilçimiz, Rəsul Əhmədzadə də yarışacaq. O, sərbəst hərəkətlər, dəstəli at, paralel qollar və turnik üzrə çıxış edəcək.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *