«MyGroup Holding»in tərkibində olan «Şəfa Futbol Klubu» mayın 4-də növbəti oyununa çıxacaq.
My-news.az xəbər verir ki, qarşılaşma Bakı ASK Arenada «Şahdağ Qusar» futbol klubu ilə baş tutacaq.
Görüş saat 16:00-da start götürəcək və azarkeşlər üçün İdman Azərbaycan kanalında canlı yayımlanacaq.
Qeyd edək ki, «Şəfa Futbol Klubu» 2024-cü ildən tanınmış, innovativ, beynəlxalq standartlara uyğun fəaliyyət göstərən «MyGroup Holding«in tərkibində fəaliyyət göstərir. Bu məqsədlə tərəflər arasında anlaşma imzalanıb.
Sənəd Klubun prezidenti Sərdar Salmanzadə və Holdingin prezidenti Emil İsgəndərov tərəfindən imzalanıb. «MyGroup Holding«in əsas məqsədi «Şəfa Futbol Klubu» vasitəsilə Azərbaycanda futbolun inkişafını dəstəkləmək, gənc futbolçular yetişdirmək, onların Avropanın köklü futbol klublarında çıxış etməsi üçün əlindən gələni etməkdir.