22 qat Böyük Dəbilqə çempionu, dünyanın sabiq birinci raketkası, isveçrəli tennisçi Rodcer Federer 14 iyun tarixində başlayacaq 93-cü «24 saat Le Man» avtoyarışına start verəcək.
My-news.az Avtosfer.Az-a istinadən xəbər verir ki, bu barədə məlumatı yarışın Mətbuat Xidməti yayıb.
«Əfsanəvi və eyni zamanda çox çətin yarışa start vermək mənim üçün böyük bir şərəfdir. Mən həmişə bu yarışda tələb olunan fokuslanma, dəqiqlik və dözümlülüyə heyran qalmışam. Belə simvolik bir hadisənin mərkəzində olmaq unudulmaz təcrübədir», – deyə Federer deyib.
Qeyd edək ki, Rodcer Federer 2022-ci ilin sentyabrında Londonda keçirilən Leyver Kubokundakı çıxışından sonra peşəkar idman karyerasına son qoyub.