«Qarabağ» futbol komandası 12-ci dəfə Azərbaycan çempionu olub. Bu, Misli Premyer Liqasının XXXII turunda rəsmiləşib. “Sabah”ın qonağı olan “Qarabağ” səfər matçından sonra mövsümün sonuna 4 tur qalmış qızıl medalları təmin edib.

My-news.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv bu mövsümdə rəqibləri üçün əlçatmaz olub.

Ardıcıl 4-cü dəfə qızıl medal qazanan komanda indiyədək 1993, 2013/14, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2018/19, 2019/20, 2021/22, 2022/23, 2023/24 mövsümlərində də çempion olub. Bu, baş məşqçi Qurban Qurbanovla əldə edilən 11-ci qızıl medaldır.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *