Tesla, avtonom Robotaxi xidmətini sınaqdan keçirməyə başlayıb. Şirkət, baş direktor İlon Maskın bu yay istifadəyə verməyi planlaşdırdığı xidmətin testlərinə Ostin, Texas və San Fransisko Körfəz Bölgəsində başlayıb. Hələlik yalnız Tesla işçiləri avtomobillərin performansını yoxlaya bilirlər.

My-news.az motor.ru-ya istinadən xəbər verir ki, sürücüsüz taksilər proqram vasitəsilə sifariş edilir, amma təhlükəsizlik məqsədilə avtomobildə insan sürücü hələ də mövcuddur. Sərnişinlər təyinat ünvanlarını təsdiqləyib səyahətin müddətini ekranda görə bilirlər.

İlon Mask əvvəllər 2025-ci ilin iyununda Robotaxi xidmətini istifadəyə verməyi planlaşdırırdı. Lakin o, sürücüsüz avtomobillərin şirkətin maliyyə vəziyyətinə ciddi təsir edəcəyini qeyd edib. Reuters-in yazdığına görə, Maskın bu bəyanatı investorlar tərəfindən müsbət qarşılanıb.

Ancaq Tesla-nın xalis mənfəəti 2025-ci ilin birinci rübündə 409 milyon dollar olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 71% azalma göstərir.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *