Reddit, Sürix Universitetinin bir qrup tədqiqatçısını süni intellekt botlarından istifadə edərək istifadəçilərə gizli psixoloji təsir göstərdiklərinə görə platformadan daimi bloklayıb. Alimlər bu prosesi “neyroşəbəkələrin inandırıcılığını öyrənmək” kimi təqdim etsələr də, eksperiment qalmaqala səbəb olub və Reddit hazırda hüquqi addımlar atmağı nəzərdən keçirir.

My-news.az Technote.az-a istinadən xəbər verir ki, təcrübə zamanı GPT-4o, Claude 3.5 Sonnet və Llama 3.1-405B modellərindən istifadə edən botlar r/changemymind icmasında 1700-dən çox şərh yazaraq 10 000-dən çox karma toplayıblar. Botlar özlərini psixoloq və ya zorakılıq qurbanı kimi təqdim edərək istifadəçilərin post tarixçələrinə əsaslanan inandırıcı arqumentlərlə onları yönləndirməyə çalışıblar.

Reddit-in baş hüquqşünası Ben Lee bu fəaliyyətin həm qanunsuz, həm də etik qaydalara zidd olduğunu bildirib. Tədqiqatçılar isə etik pozuntu ehtimalı olan şərhləri sonradan silərək izləri gizlətməyə çalışıblar. Onlar, həmçinin, istifadəçilərin guya təcrübəyə razılıq verdiklərini iddia etsələr də, bu məlumatlar həqiqəti əks etdirmirdi.

Tədqiqat nəticəsində məlum olub ki, süni intellekt botları insanlara nisbətən daha inandırıcı təsir göstərmək qabiliyyətinə malikdir. Alimlər süni intellektlə yaradılmış məzmunun aşkarlanması üçün etibarlı nəzarət mexanizmlərinin hazırlanmasını tövsiyə edirlər. Lakin təəssüf ki, elə bu araşdırmanın özü süni intellektin manipulyasiya potensialını nümayiş etdirən nümunəyə çevrilib.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *