İspaniyanın «Real» klubunun potensial yeni baş məşqçisi Xabi Alonsonun komandaya qatmaq istədiyi futbolçular məlum olub.

My-news.az Report.az-a istinadən xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

43 yaşlı mütəxəssis, hazırda işlədiyi Almaniya təmsilçisi «Bayer 04»-dən müdafiəçi Conatan Ta və yarımmüdafiəçi Florian Virts ilə müqavilə imzalamağa israrlıdır. Eyni zamanda, Alonso, «Real Sosyedad»da çıxış edən Martin Subimendinin də transferində maraqlıdır.

Qeyd edək ki, Realın mövsümün sonunda Karlo Ançelotti ilə vidalaşacağı və onu Xabi Alonsonun əvəzləyəcəyi gözlənilir.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *