Basketbolun 3×3 növü üzrə Qadınlar Seriyasının Quba mərhələsinin ilk iştirakçıları müəyyənləşib.
My-news.az İdman.biz-ə istinadən xəbər verir ki, artıq 5 komandanın turnirdə iştirakı təsdiqlənib.
Qubada keçiriləcək mərhələdə Polşa, Filippin və Qazaxıstan milli komandaları, eləcə də Niderlandın U-25 yığması mübarizə aparacaq. Bundan əlavə, Macarıstanın “Qyor” klubu da turnirdə iştirak üçün qeydiyyatdan keçib.
Qeyd edək ki, Quba mərhələsi 23-24 avqust tarixlərində baş tutacaq.