2025-ci il 4 may tarixində keçirilən Şəfa – Şahdağ Qusar qarşılaşması təkcə idman hadisəsi deyildi – bu gün həm də Azərbaycan futbol tarixində sosial birlik və strateji yanaşmanın nümunəsinə çevrildi. Şəfa FK-in təşəbbüsü və Fan Klubunun fəal dəstəyi ilə təşkil olunan bu oyun, stadionda toplanan 4 500 nəfərlik tamaşaçı ordusu ilə yadda qaldı.
Bu izdihamlı günün əsas iştirakçıları təkcə peşəkar futbolçular deyildi. Azarkeşlər arasında 1 050 nəfər Şəfa FK-ın Fan Klubu üzvləri, Şəfa FK Qızlar (U13, U15, U17) və Oğlanlar Akademiyasının (U13, U15, U17) gənc futbolçuları (480 nəfər), MyGroup Holding-in əməkdaşları (380 nəfər), və Apple şirkətinin Azərbaycandakı ilk rəsmi avtorizə olunmuş reselleri olan MyShops tərəfindən təqdim olunan 5 son model Apple məhsulu, Şəfa FK-nın Instagram səhifəsində keçirilən müsabiqənin hədiyyəsi olaraq təqdim edilib. Müsabiqədə iştirak edən 1 020 nəfər də tədbirdə yer alaraq bu xüsusi günün bir hissəsinə çevrildi.
Bununla yanaşı, MyGroup Holding-ə daxil olan MyWrestling güləş klubunun müxtəlif yaş qruplarını təmsil edən təxminən 680 idmançısı, eləcə də FMA ilə müqaviləli idmançılar, Atidel FK, Ramana FK və bir sıra media nümayəndələri də bu əlamətdar oyunun fəal iştirakçıları arasında idilər.

Bu cür tədbirlər gənclər arasında sağlam həyat tərzinin, idmana sevginin və komanda ruhunun formalaşması üçün əvəzolunmaz platformadır. Təcrübə yalnız futbolçular üçün deyil, eyni zamanda təxminən 500 nəfər akademiya üzvü üçün də yadda qalan oldu – onlar ilk dəfə bu qədər böyük azarkeş qarşısında oyun atmosferini yaşamaq imkanı qazandılar.
Tədbirə olan marağın kütləvi xarakter daşıması bilet satışına da öz təsirini göstərdi. Satışa cəmi 514 bilet çıxarılmışdı və bu biletlər çox qısa müddətdə tükəndi. Əldə olunan bütün vəsait isə tam şəkildə ianə məqsədilə yönləndirildi.
Əslində, başlanğıcda 1 040 bilet ayrılması planlaşdırılmışdı, lakin rəqib komandanın rəhbərliyinin bu təklifi qəbul etməməsi səbəbindən satış sayı azaldıldı. Yerdə qalan 526 bilet isə futbola maraq göstərən idman yönümlü məktəblərin şagirdlərinə təqdim olunaraq, onların stadion atmosferini canlı şəkildə yaşaması və bu unikal təcrübənin bir hissəsinə çevrilməsi təmin edildi.
Bilet satışı ilə bağlı maraqlı bir məqam da qeyd olunmalıdır: Şahdağ Qusar FK -u əvvəlcə biletləri 1 manat dəyərində təqdim etməyi planlaşdırsa da, sonradan qiyməti 3 dəfə artıraraq 3 manata satmağa qərar verdi. Bu yanaşma fonunda Şəfa FK tərəfindən təşkil olunan tədbirin səviyyəsi, təşkilatçılığı və azarkeş təcrübəsinin dəyəri nəzərə alınaraq, bilet qiyməti 10 AZN olaraq müəyyən edildi. Bu, həm oyun gününün peşəkar səviyyəsini qorumaq, həm də toplanan vəsaitin ianə məqsədilə istifadə olunmasını təmin etmək məqsədi daşıyırdı.