OpenAI şirkətinin baş direktoru Sam Altman bildirib ki, internetdə məlumat axtarışı üçün artıq Google-dan deyil, ChatGPT-dən istifadə edir. Lakin ABŞ Senatında keçirilən dinləmələr zamanı o, etiraf edib ki, süni zəka əsaslı texnologiyaların inkişafına baxmayaraq, ChatGPT hələ ki Google-un əsas axtarış platforması kimi rolunu tam şəkildə əvəz edə bilməz.

My-news.az Tecnote.az-a istinadən xəbər verir ki, dinləmələr zamanı Senatın Ticarət, Elm və Nəqliyyat Komitəsinin sədri Ted Cruz Altman-a sual ünvanlayaraq soruşub: “ChatGPT Google-un əsas axtarış sistemi rolunu əvəz edəcəkmi və bu nə vaxt baş verəcək?”. Bu sual, Google-un Safari brauzeri vasitəsilə aldığı axtarış trafikində azalma ilə bağlı yayılan son məlumatların fonunda səsləndirilib.

Altman sualı cavablandırarkən bildirib: “Çox güman ki, yox”. Onun fikrincə, ChatGPT bəzi hallarda – xüsusilə ideya toplamaq və ya qısa məlumat almaq üçün – daha əlverişli vasitə olsa da, Google-un geniş miqyaslı axtarış infrastrukturu və süni zəka texnologiyalarına inteqrasiya olunmuş sabit biznes modeli onu hələlik əvəzolunmaz edir. O, Google-un süni zəka sahəsində də güclü komandaya malik olduğunu qeyd edib.

Altman-ın bu çıxışından qısa müddət sonra OpenAI ChatGPT-dəki axtarış funksiyasını bütün istifadəçilər üçün pulsuz istifadəyə təqdim edib. Əvvəllər yalnız aylıq 20 dollar ödəyən abunəçilər üçün əlçatan olan bu funksiyadan indi qeydiyyatsız və ödənişsiz istifadə mümkündür. Bu dəyişiklik ChatGPT-nin auditoriyasını genişləndirib və onun internet axtarış sahəsində təsirini artırıb.

Ekspertlərin fikrincə, ChatGPT-nin axtarış sistemi – xüsusilə prototip mərhələsində olan SearchGPT – istifadəçilərin internetlə qarşılıqlı əlaqəsini dəyişməyə başlayıb. Altman bu yanaşmanı “proqnozlaşdırıcı sistem” kimi xarakterizə edərək, ənənəvi axtarışdan fərqli, daha fərdiləşdirilmiş və interaktiv məlumat təqdimatına üstünlük verdiyini bildirib.

Eyni zamanda, axtarış platforması olan You.com-un baş direktoru Richard Socher də Google-un bu sahədəki dominantlığının yaxın illərdə zəifləyə biləcəyini düşünür. Onun sözlərinə görə, istifadəçilər getdikcə daha çox ChatGPT və You.com kimi süni zəka əsaslı platformalara yönəlir, bu da internetdən istifadə formasını köklü şəkildə dəyişir.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *