Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyanın Bundesliqa təmsilçisi “Sankt Pauli” klubu ilə danışıqları uğurla başa çatdırıb.
My-news.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın nüfuzlu “Bild” nəşri məlumat yayıb. Məlumata görə, futbolçunun özü də Almaniyada qalmaq istədiyindən və “Sankt Pauli” komandası Bundesliqada iştirakını rəsmiləşdirdiyindən tərəflər arasındakı razılaşma əldə olunub.
Qeyd edək ki, Mahir Emreli bu mövsüm icarə əsasında çıxış etdiyi “Nürnberq” klubunun heyətində 24 oyunda iştirak edib, səkkiz qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.