Misli Premyer Liqasının 2024/2025 mövsümünün qalibi olan «Qarabağ» komandasına təqdim olunacaq kubok və medallar Türkiyədə hazırlanıb.

My-news.az Report.az-a istinadən xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) Media və Marketinq direktoru Sənan Abdullayev məlumat verib.

Onun sözlərinə görə, mayın 18-də keçiriləcək XXXV turun «Qarabağ» – «Kəpəz» qarşılaşmasından sonra mükafatlandırma mərasimi baş tutacaq:
«Tədbir oyunun bitməsindən təxminən 40 dəqiqə sonra başlayacaq. Bu dəfə bombardir mükafatı təqdim olunmayacaq. Səbəbi isə çempionatın hələ davam etməsidir. Bununla bağlı xüsusi planlama olacaq və mükafat uyğun vaxtda təqdim ediləcək. Medallar və kubok Türkiyədə hazırlanıb və kubokun üzərində mövsümlə bağlı məlumatlar qeyd olunub».

Qeyd edək ki, PFL ötən mövsümdə də kubok və medalları Türkiyədə hazırlatmışdı. Həmin vaxt da Ağdam təmsilçisi Azərbaycan çempionu olmuşdu.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *