Azərbaycanda Çin istehsalı olan bir seriya tibbi iynənin satışına qadağa qoyulub və həmin məhsul geri çağırılıb.

My-news.az Report.az-a istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) məlumat verib.

Bildirilib ki, mediadan daxil olan vətəndaş müraciəti əsasında aparılan araşdırma zamanı Çinin “Shandong Qinkai Medical Industry Co. LTD” şirkətinin istehsalı olan, 15.09.2023-cü il tarixində istehsal edilmiş və 20230915 seriya nömrəsi daşıyan “Vakuumlu qanalma iynəsi (kəpənək) 23G” adlı tibbi vasitənin qablaşdırmasında çapla bağlı uyğunsuzluqlar aşkar edilib.

Məhsulun üzərində yararlılıq müddəti 14.09.2023-cü il kimi göstərilsə də, bu tarix sonradan stiker vasitəsilə dəyişdirilərək 14.09.2028-ci il kimi təqdim olunub.

Şikayət əsasında AEM tərəfindən Azərbaycan Nazirlər Kabinetinin 2019-cu il 27 noyabr tarixli, 460 nömrəli qərarı ilə təsdiqlənmiş “Dərman vasitələrinin geri çağırılması Qaydası”nın 1.3-cü bəndinə uyğun olaraq araşdırma aparılıb. Araşdırmanın nəticəsinə əsasən, qeyd olunan seriyalı məhsul geri çağırılıb, ölkəyə idxalı, habelə topdan və pərakəndə satışı qadağan edilib.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *