OpenAI rəhbəri Sam Altmanın baxışına görə, ChatGPT gələcəkdə istifadəçinin bütün həyatını əhatə edə bilən şəxsi süni intellekt köməkçisinə çevriləcək. Onun fikrincə, ideal ssenaridə bu model istifadəçi ilə bağlı hərtərəfli məlumatları — yazışmaları, oxuduğu kitabları, baxış tarixçəsini və digər mənbələri — əhatə edən, trilyonlarla tokenlik kontekstə malik, lakin kompak və effektiv bir sistem olacaq.
Artıq bu gün gənclər ChatGPT-ni müxtəlif qərarların qəbulunda məsləhətçi kimi aktiv şəkildə istifadə edirlər. Gələcəkdə isə bu cür süni intellekt sistemlərinin məişət işlərini avtonom şəkildə idarə etməsi gözlənilir.
My-news.az Technote.az-a istinadən xəbər verir ki, Altman bu ideal modeli belə təsvir edir: “Trilyon tokenlik kontekstə sahib balaca düşüncə modeli — ora sizin bütün həyatınız yüklənib.”
Belə bir model insanın gündəlik həyatında qarşılaşdığı məlumatları — söhbətləri, oxuduğu kitabları, yazdığı məktubları, baxdığı veb-səhifələri və digər resurslardan toplanan informasiyanı analiz edə biləcək. Həyatda baş verən yeni hadisələr isə bu konteksti daim yeniləyəcək. Altmanın sözlərinə görə, bu yanaşma hal-hazırda şirkətlərin öz korporativ məlumatlarını saxlama üsuluna bənzəyir.
Sam Altmandan ChatGPT-nin gənclər arasında qeyri-adi istifadə üsulları barədə soruşduqda, o bildirib ki, bəzi tələbələr sistemi sanki bir “əməliyyat sistemi” kimi istifadə edirlər: fayllar yükləyir, müxtəlif məlumat mənbələrini birləşdirir və bu informasiyanı mürəkkəb sorğular vasitəsilə emal edirlər. O, həmçinin ChatGPT-nin əvvəlki söhbətləri yadda saxlaya bilən “yaddaş funksiyası”na toxunaraq qeyd edib ki, bir çox gənc həyati əhəmiyyətli qərarları bu süni intellektlə məsləhətləşmədən qəbul etmir.
«Ovqatla desək, yaşlı nəsil ChatGPT-ni daha çox Google-un alternativi kimi istifadə edir. Amma 20-30 yaş arası insanlar üçün o, həyat üzrə məsləhətçiyə çevrilib», – deyə Altman əlavə edib.
Bütün bu tendensiyalar ChatGPT-nin hər şeyi bilən süni intellekt sisteminə çevrilə biləcəyini göstərir.