«İnter Mayami» klubunun hücumçusu Lionel Messi Argentina millisinin heyətinə yenidən dəvət alıb.
My-news.az İdman.biz-ə istinadən xəbər verir ki, 37 yaşlı futbolçu DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Çili və Kolumbiya ilə keçiriləcək oyunlarda iştirak edə biləcək.
Qeyd edək ki, Messi daha əvvəl zədə səbəbindən yığmanın son iki qarşılaşmasında iştirak etməmişdi.
Argentina millisi iyunun 6-da Çili, iyunun 11-də isə Kolumbiya ilə üz-üzə gələcək.