Mətbuatda qeyd olunub ki, gələcək iPhone 17 Air modelinin ultranazik gövdəsi istifadəçilərə azaldılmış batareya tutumu bahasına başa gələ bilər.

My-news.az Technote.az-a istinadən xəbər verir ki, Apple bu problemi həll etmək üçün yeni bir yol tapıb.

Mənbənin bildirdiyinə görə, iPhone 17 Air modeli Yaponiyanın TDK şirkətinə məxsus qabaqcıl silisium anodlu batareya ilə təchiz olunacaq. Bu texnologiya sayəsində Apple batareyanın fiziki ölçüsünü dəyişmədən onun tutumunu 15% artırmağa nail olacaq. Bu isə qalınlığı cəmi 5.5 mm olacaq ultranazik cihaz üçün olduqca vacib bir üstünlükdür.

Batareyanın təkmilləşdirilməsinə əlavə olaraq, Apple iOS əməliyyat sistemini də optimallaşdıracaq. Bu yeniləmələr iPhone 17 Air modelinin enerji baxımından mövcud iPhone modelləri ilə müqayisə edilə biləcək səviyyədə avtonom işləməsini təmin edəcək.

Smartfon həmçinin enerjiyə qənaət edən C1 modemi ilə təchiz olunacaq. Qeyd olunur ki, cihazda ultra genişbucaqlı kamera olmayacaq, çünki bu sahə batareya üçün nəzərdə tutulub.

Eyni zamanda məlum olub ki, TDK şirkəti artıq təmiz silisium əsaslı, növbəti nəsil batareyalar üzərində çalışır. Bu batareyalar mövcud texnologiyalardan 10 dəfə daha yüksək tutuma sahib olacaq.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *