ABŞ məhkəməsinin Apple-ın xarici ödənişlər üçün tətbiq etdiyi 27%-lik komissiyanı qanunsuz elan etməsindən sonra, bir çox tərtibatçı alternativ ödəniş sistemlərinə keçməyə başlayıb. Bloomberg-in tanınmış insayderi Mark Gurman-ın məlumatına görə, Apple tərtibatçıları öz ekosistemi daxilində saxlamaq üçün App Store-dakı komissiya faizini azaltmağa hazırlaşır.

My-news.az Technote.az-a istinadən xəbər verir ki, ekspertlər bu dəyişikliyin yaxın vaxtlarda baş verəcəyini istisna etmirlər.

Əvvəllər Apple alternativ ödəniş sistemlərinə yalnız müəyyən şərtlərlə icazə verirdi. Belə ki, tərtibatçılar istifadəçiləri «xarici sistemlərin riskləri» barədə xəbərdar etməli və şirkətə 27% komissiya ödəməli idilər. Lakin bu şərtlər faktiki olaraq mənfəəti sıfıra endirirdi, çünki əksər ödəniş xidmətləri əlavə olaraq 3% komissiya tutur.

İndi isə məhkəmə qərarı ilə bu məhdudiyyətlər aradan qaldırılıb və bir çox tərtibatçı artıq Apple-ın daxili ödəniş sistemindən imtina edir. Qeyd edək ki, App Store Apple-a ildə təxminən 20 milyard dollar gəlir gətirir və bu məbləğin böyük hissəsi 15-30% arası komissiyalar hesabına formalaşır.

Gəlirləri qorumaq üçün Apple iki əsas yoldan birini seçməli olacaq: ya təhlükəsizlik və məxfilik mövzusuna daha çox fokuslanmalı, ya da komissiya faizlərini aşağı salmalıdır. Gurman-ın fikrincə, Apple yaxın zamanda tariflərini dəyişməyə məcbur qalacaq. Əks halda, daha çox tərtibatçını itirmək riski ilə üzləşə bilər.

Hazırda Apple məhkəmə qərarından apellyasiya şikayəti verib. Lakin bu proses uzana bilər və həmin müddət ərzində şirkət komissiya siyasətini yenidən nəzərdən keçirməzsə, əhəmiyyətli maliyyə itkiləri ilə qarşılaşa bilər.

Bununla belə, ekspertlər hesab edirlər ki, kiçik və orta səviyyəli tərtibatçılar Apple ilə əməkdaşlığa davam edəcəklər — xüsusilə tariflər daha sərfəli olarsa. Üstəlik, Apple-ın daxili ödəniş sistemi istifadəçilər üçün olduqca rahatdır: kart məlumatlarını yenidən daxil etməyə ehtiyac olmadan, sadəcə iki toxunuşla ödənişi tamamlamaq mümkündür.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *