Google, süni zəka ilə təkmilləşdirilmiş yeni AI Mode funksiyasını istifadəyə verdiyini açıqlayıb. Bu sistem istifadəçilərə mürəkkəb və çoxsəviyyəli suallar verməyə, məlumatları təhlil edərək əhatəli cavablar almağa imkan verir. Funksiya ilkin olaraq ABŞ-da istifadəyə veriləcək, daha sonra isə digər ölkələrə yayılacaq.

My-news.az Technote.az-a istinadən xəbər verir ki, AI Mode, artıq mövcud olan AI Overviews funksiyasına əsaslanır. Bu alət axtarış nəticələrinin əvvəlində qısa süni zəka xülasələri təqdim edir. Bəzi səhvlərə baxmayaraq (məsələn, pizzaya yapışqan tövsiyəsi), bu format geniş istifadə olunur və ayda 1.5 milyarddan çox insan tərəfindən aktiv şəkildə istifadə edilir.

AI Overviews artıq sınaq mərhələsini başa vurub, 200 ölkədə istifadəyə veriləcək və 40-dan çox dili dəstəkləyəcək. Yeni AI Mode mürəkkəb sorğular üçün nəzərdə tutulub və Deep Search texnologiyasından istifadə edir. Sorğular alt mövzulara bölünür, geniş şəkildə təhlil edilir və nəticələr mənbələrə keçidlərlə təqdim olunur. Bu, istifadəçilərə axtarış zamanı xeyli vaxt qazandırır.

Yeni imkanlara avtomatik alış-veriş köməkçisi və virtual geyim nümunəsi funksiyaları da daxildir. İstifadəçilər öz fotolarını yükləyərək geyimləri 3D şəkildə üzərlərində görə biləcəklər. Hər iki funksiya Search Labs çərçivəsində sınaqdan keçirilir.

AI Mode və AI Overviews sistemlərində Gemini 2.5 modelinin xüsusi versiyası istifadə olunur. Gələcəkdə bu funksiyalara vizuallaşdırılmış qrafiklər, cədvəllər və daha dərin təhlillər əlavə olunacaq.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *