iPhone 16 2025-ci ilin birinci rübündə dünyanın ən çox satılan smartfonu olub.

My-news.az Technote.az-a istinadən xəbər verir ki, Counterpoint Research məlumatına əsasən, iPhone 16 2025-ci ilin ilk rübündə dünyanın ən çox satılan smartfonu seçilib. Bu nəticə Yaponiya və Afrika ölkələrində artan tələbat, həmçinin Apple-ın uğurlu qiymət siyasəti ilə bağlıdır. İki illik fasilədən sonra iPhone-un baza modeli yenidən zirvəyə qayıdıb.

Apple ümumi reytinqdə ilk 10-luqda 5 model ilə təmsil olunub ki, bu da digər istehsalçılarla müqayisədə ən yüksək göstəricidir. iPhone 16 xüsusilə Yaponiya, Yaxın Şərq və Afrika regionlarında güclü satış göstəriciləri əldə edib.

Yaponiyada iqtisadi sabitlik və subsidiyaların yenilənməsi Apple-ı alıcılar üçün daha cəlbedici edib. iPhone 16 Pro Max və iPhone 16 Pro müvafiq olaraq ikinci və üçüncü yerlərdə qərarlaşıb. Çində isə bu modellərin satışları yüksək qiymət və Huawei ilə rəqabət səbəbindən zəifləyib. Yenə də Pro modellər Apple satışlarının yarısını təşkil edib. Reytinqin dördüncü pilləsində iPhone 15, altıncı yerində isə SE modelini əvəz edən iPhone 16e qərarlaşıb.

Samsung Galaxy S25 Ultra modeli satış dövrünün qısa olması səbəbilə yeddinci yerə düşüb. Buna baxmayaraq, S25 seriyası ilin əvvəlində satışların dörddə birini təşkil edib. Google Gemini ilə inteqrasiya Samsung-un fərdiləşdirmə imkanlarını artırıb. Şirkət bu dəfə ilk 10-luqda 4 model ilə təmsil olunub.

Galaxy A16 5G beşinci yerə yüksəlib və illik 17% artım göstərib. Bu model Şimali Amerikada geniş əlçatanlıq sayəsində uğur qazanıb. Galaxy A06 isə ucuz modellərə tələbat nəticəsində ilk onluğa daxil olub.

Apple və Samsung-dan başqa reytinqə daxil olan yeganə model Xiaomi-nin Redmi 14C 4G-dir. Onun satışları ötən illə müqayisədə 43% artıb və inkişaf etməkdə olan bazarlarda büdcəli seqmentdə güclü mövqe tutub.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *