“İstək baxımından “Sabah” “Qarabağ”ı üstələyə bilər”.

My-news.az İdman.biz-ə istinadən xəbər verir ki, bunu futbol mütəxəssisi Arif Əsədov deyib.

O, Azərbaycan Kubokunun “Qarabağ”la “Sabah” arasında keçiriləcək final oyunu ərəfəsində fikirlərini açıqlayıb. Millimizin sabiq məşqçisi bildirib ki, hər iki komandanın qalib gəlmək ehtimalı var:
“Bu oyun yalnız “Qarabağ” və “Sabah” üçün önəm daşımır. “Turan Tovuz” və “Zirə” üçün də böyük əhəmiyyət daşıdığı üçün bizi maraqlı oyun gözləyir. Final oyununda favorit olmur. Təbii ki, “Qarabağ” futbolçularının ustalığına görə, “Sabah”ı üstələyir. Amma Bakı təmsilçisinin avrokuboklarda iştirakı üçün qələbə qazanması vacibdir. Bu baxımdan meydana daha motivasiyalı çıxacaqlar. Buna baxmayaraq, şansların bərabər olduğunu düşünürəm”.

Əsədov finalın Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilməsini də müsbət məqam kimi dəyərləndirib:
“Bu oyun kubokun digər finallarından azarkeş sayına görə fərqlənəcək. Həm “Qarabağ”, həm “Sabah”ın, həm də Sumqayıtda futbol azarkeşləri birləşib möhtəşəm bir ab-hava yaradacaq. Gözəl bir futbol bayramı izləyəcəyik. Güclü olan qalib gəlsin”.

Qeyd edək ki, “Qarabağ” – “Sabah” görüşünə 5000-dən çox bilet satılıb. Final oyunu mayın 31-də keçiriləcək və start fiti saat 19:00-da səslənəcək.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *