Qazaxıstanın Almatı şəhərində ordu generalı Sadaqat Nurmaqambetovun xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnir keçirilib.

My-news.az İdman.biz-ə istinadən xəbər verir ki, yarışda Ordu İdman Klubunun heyətində çıxış edən Azərbaycan millisinin üzvləri ümumilikdə 5 medal qazanıblar.

Boksçularımızdan Sübhan Məmmədov (48 kq) finalda qazaxıstanlı Nurqisa Turabekovu, Maqsud Xasmetov (63,5 kq) isə həmvətəni Nurlibek Usmanovu məğlub edərək qızıl medal qazanıblar.

Tural Sarıyev (51 kq), İlqar Salahov (67 kq) və Sərxan Əliyev (71 kq) isə yarışda bürünc medala yiyələniblər.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *