Bakıda keçirilən minifutbol üzrə dünya çempionatı başa çatıb.

My-news.az xəbər verir ki, minifutbol üzrə dünya çempionatına yekun vurulub. Turnirin son günündə 3-cü yer uğrunda görüş və final oyunu keçirilib.

Günün ilk qarşılaşmasında Serbiya və Monteneqro milliləri bürünc medal uğrunda mübarizə aparıblar. Görüşdə Serbiya qələbə qazanaraq 3:0 hesabı ilə dünya üçüncüsü olub.

Final oyunu isə Milli Gimnastika Arenasında baş tutub. Həlledici qarşılaşmada Azərbaycan millisi Macarıstan yığması ilə üz-üzə gəlib. Rəqibini 4:2 hesabı ilə məğlub edən Azərbaycan komandası tarixində ilk dəfə dünya çempionu adını qazanıb.

Minifutbol üzrə dünya çempionatı:

3-cü yer uğrunda görüş
1 iyun, 18:00
Monteneqro -Serbiya 0:3

Final
20:00
Azərbaycan — Macarıstan 4:2

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *