Bu gün, iyunun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatında qələbə qazanmış Azərbaycan milli komandasının üzvlərini qəbul edib.
My-news.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Xatırladaq ki, dünya çempionatının final oyunu Milli Gimnastika Arenasında baş tutub. Həlledici qarşılaşmada Azərbaycan yığması Macarıstan komandası ilə üz-üzə gəlib və 4:2 hesabı ilə qələbə qazanaraq turnirin qalibi olub.
