Futbol Assosiasiyalarının Beynəlxalq Şurası (IFAB) onbirmetrlik zərbə ilə bağlı yeni qaydanı təsdiqləyib.

My-news.az İdman.biz-ə istinadən xəbər verir ki, əgər cərimə zərbəsini yerinə yetirən şəxs bilmədən topa iki dəfə toxunarsa (məsələn, sürüşmə səbəbindən top dayaq ayağından sıçrayırsa) və top qapıya daxil olarsa, zərbə yenidən yerinə yetirilə bilər.

Yeni qayda 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək.

Əvvəllər penalti zamanı topa ikinci toxunuş, hətta təsadüfi olsa belə, zərbənin təkrarlanması və ya qolun sayılmaması ilə nəticələnirdi.

Onbirmetrlik cərimə, futbolçunun öz cərimə meydançasında törətdiyi qayda pozuntuları — məsələn, topa əllə toxunma, rəqibə qarşı kobud davranış və s. -səbəbindən təyin edilir.

Penalti zərbəsi yerinə yetirilərkən rəqibin qapıçısı qapı xəttində dayanmalı, digər oyunçular isə cərimə meydançasından kənarda olmalıdır.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *