«Qarabağ»ı yay transfer pəncərəsində ilk tərk edən futbolçunun adı məlum olub.

My-news.az İdman.biz-ə istinadən xəbər verir ki, Ağdam təmsilçisinin yarımmüdafiəçisi Yassin Benzia komandadan ayrılıb.

Əlcəzair millisinin üzvü olan 30 yaşlı futbolçu klubla maliyyə məsələlərində razılıq əldə edə bilmədiyi üçün «Qarabağ»la yollarını ayırıb. Tərəflər bu yay başa çatan müqaviləni uzatmamağa qərar veriblər. Benzia komandada qalmaq üçün maaşının xeyli artırılmasını tələb edib. Lakin klub bu tələblə razılaşmayıb.

Məlumata görə, Benzia «Qarabağ»da illik 700 min manat qazanırdı. Uğurlu çıxışından sonra isə yeni müqavilədə daha yüksək məvacib istəyib.

Futbolçunun karyerasını Səudiyyə Ərəbistanının klublarından birində davam etdirəcəyi gözlənilir. Bildirilir ki, həmin klub Benzianın maliyyə tələblərinə cavab verib.

Yassin Benzia 2023-cü ilin yanvarından «Qarabağ»da çıxış edirdi. Bu müddət ərzində o, komandanın heyətində 104 oyuna çıxıb, 28 qol vurub və 25 qolun ötürməsini edib. «Qarabağ»dakı performansından sonra Benzia yenidən Əlcəzair millisindən dəvət almışdı.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *