Samsung şirkəti elan edib ki, istifadə edilməyən hesabların silinməsi prosesi bu ilin 31 iyul tarixində başlayacaq. Bu, son 24 ay ərzində heç bir giriş edilməmiş və ya aktivlik göstərilməmiş Samsung hesablarına şamil olunur.

My-news.az Technote.az-a istinadən xəbər verir ki, Samsung hesabları Galaxy cihazlarında rəsmi tətbiqlərə daxil olmaq, o cümlədən Galaxy Store, Samsung Health, Galaxy Wearables kimi xidmətlərdən istifadə etmək üçün zəruridir. Bu hesabı Google hesabı ilə əlaqələndirmək mümkün olsa da, onlar tam eyni hesab sayılmır.

Şirkətin rəsmi açıqlamasına əsasən, qeyd olunan müddət ərzində aktivlik göstərməyən bütün hesablar bərpa imkanı olmadan silinəcək. Əgər son 24 ay ərzində həmin hesaba heç olmasa bir dəfə giriş olunubsa, bu hesab aktiv hesab kimi qalacaq və silinməyəcək.

Bu qərar, keçmişdə Samsung cihazlarından istifadə etmiş, lakin uzun müddətdir hesabına daxil olmayan istifadəçilərə də aiddir. Hesabın silinməsinin qarşısını almaq üçün ona kompüterdən və ya Samsung-un mobil tətbiqi vasitəsilə daxil olmaq kifayətdir.

İstifadəçilər, əvvəllər qeyri-aktiv olan hesablarına iyul ayının sonuna qədər daxil olaraq onların aktiv statusda qalmasını təmin edə bilərlər. Samsung, bu dəyişikliklə bağlı istifadəçilərə xəbərdarlıq məktubu göndərəcəyini də bildirib.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *