2025-ci ildə bütün turnirlərdə ən çox qol vuran futbolçular məlum olub.

My-news.az Report.az-a əsasən xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən 2025-ci ilin ən çox qol vuran futbolçuları müəyyənləşib.

Birinci yerdə Fransa millisinin və İspaniyanın «Real» klubunun hücumçusu Kilian Mbappe qərarlaşıb. O, klub və milli səviyyədə ümumilikdə 29 qol vurub.

Başa çatan mövsümdə icarə əsasında Türkiyənin «Qalatasaray» klubunda çıxış edən Nigeriya yığmasının üzvü Viktor Osimhen 28 qolla ikinci pillədədir.

İlk üçlüyü isə 27 qolla Portuqaliyanın «Sportinq» klubunun isveçli hücumçusu Viktor Dyekereş tamamlayıb.

Qeyd edək ki, siyahı 1 yanvar — 31 may tarixləri arasındakı oyunların nəticələrinə əsasən tərtib olunub.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *