Məlum olub ki, hazırda Google tərəfindən sınaqdan keçirilən Chrome internet brauzerinin növbəti versiyası Apple iOS 16 əməliyyat sistemi ilə işləyən cihazları dəstəkləməyəcək. Bu o deməkdir ki, brauzer iPhone X və iPhone 8 kimi köhnə modellərdə əlçatan olmayacaq.

My-news.az Technote.az-a istinadən xəbər verir ki, eyni şəkildə, Chrome 138.7204.13 versiyasının düzgün işləməsi üçün iPadOS 17 və ya ondan daha yeni versiya tələb olunur. Bu isə o deməkdir ki, Google Chrome-un növbəti versiyası iPad 5, 9.7 düymlük iPad Pro və birinci nəsil 12.9 düymlük iPad Pro modellərini dəstəkləməyəcək. Hazırda qeyd olunan Chrome internet brauzerinin versiyası beta-test mərhələsindədir və tətbiqin sabit versiyasının dəqiq buraxılış tarixi hələ açıqlanmayıb. Brauzerə iPad-də qovluqların qruplaşdırılması, iPhone və iPad-də Google Password Manager ilə sinxronizasiya, eləcə də tətbiqin ümumi məhsuldarlığını və sabitliyini artırmaq məqsədi daşıyan bir sıra təkmilləşdirmələr əlavə olunub.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *